İdman

“Keşlə” 3 aydır maaşı vermir - Legionerdən açıqlama

7 Dekabr 2020 17:46
Baxış: 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 30-da "Keşlə" ilə müqaviləsinə xitam verildiyi açıqlanan yarımmüdafiəçi Şohrux Qadoyev klubdan əməkhaqqısının ödənilməsini gözləyir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə özbəkistanlı futbolçu öz məlumat verib.

29 yaşlı hücumameyilli oyunçu son 3 ayın maaşını almadığını və bu səbəbdən ölkəsinə yollana bilmədiyini bildirib: "Sonuncu dəfə avqustda maaş almışam. Təkcə mən yox, ümumiyyətlə, "Keşlə"nin bütün futbolçuları 3 aydır pul almırlar. Artıq ay yarımdır ayrılmışam, amma hələ borcu qaytarmayıblar. Özbəkistana qayıtmaq istəyirəm, ancaq pulu vermədikləri üçün gedə bilmirəm".

Qeyd edək ki, Şohrux Qadoyev "Keşlə"yə bu ilin yanvarında ölkəsinin "Bunyodkor" klubundan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.