İdman

"Ronaldo zehni baxımdan da ən yaxşı futbolçudur" - Alleqri

5 Dekabr 2020 09:36
Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri komandanın futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis 35 yaşlı portuqaliyalı hücumçunu ən ağıllı oyunçu hesab edir:

"Zehni baxımdan ən yaxşı futbolçu Ronaldodur. Onu digərlərindən fərqləndirən budur. Ronaldo 5 dəfə "Qızıl top"u alıb. O, 5 dəfə də Çempionlar Liqasının qalibi olub və Avropa çempionatını qazanıb. Ronaldo həmişə oyuna və komandaya öz töhfəsini verir. Hər il özü üçün yeni bir hədəf qoyur".

Qeyd edək ki, Ronaldo 2018/19-cu illə mövsümündə Alleqrinin baş məşqçiliyi altında Turin təmsilçisində çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.