İdman

"Liverpul" - "Lester" oyununda 3 qol vuruldu

23 Noyabr 2020 08:33
Baxış: 1 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının 9-cu tur oyununda "Liverpul" "Lester"ə qalib gəldı.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun 3:0 hesabı ilə yekunlaşıb. Oyunun 21-ci dəqiqəsində "Lester"in yarımmüdafiəçisi Conni Evans avtoqol vurub, digər iki topu isə məğlub komandanın qapısından 41-ci dəqiqədə Dioqu Jota və 86-cı dəqiqədə Roberto Firmino keçiriblər.

Turnir cədvəlində "Liverpul" bir gün əvvəl "Mançester Siti"ni məğlub edən (2:0) "Tottenhem"lə birinci yeri bölüşür. Hər iki komandanın 20 xalı var. "Lester" və "Çelsi"isə hərəsi 18 xal toplayıb, komandalar cədvəldə üçüncü və ya dördüncü yerləri tuturlar.

Növbəti turda "Liverpul" 28 noyabrda "Brayton" ilə oynayacaq, "Lester" 30 noyabrda "Fulhem"i qəbul edəcək. Bundan əlavə, "Liverpul"un İtaliyanın "Atalanta" komandası ilə Çempionlar Liqası qrup mərhələsinin dördüncü turunun oyununu 25 noyabra təyin edilib.

Günün digər oyunlarının nəticələri:

"Fulhem" - "Everton" - 2:3;

"Şeffild Unayted" - "Vest Hem" - 0:1;

"Lids" - "Arsenal" - 0:0.

Away
# Team Name P W D L F A GD PTS
1 Tottenham Hotspur 9 6 2 1 21 9 12 20
2 Liverpool 9 6 2 1 21 16 5 20
3 Chelsea 9 5 3 1 22 10 12 18
4 Leicester City 9 6 0 3 18 12 6 18
5 Southampton 8 5 1 2 16 12 4 16
6 Everton 9 5 1 3 19 16 3 16
7 Aston Villa 8 5 0 3 19 11 8 15
8 West Ham United 9 4 2 3 15 10 5 14
9 Crystal Palace 8 4 1 3 12 12 0 13
10 Manchester United 8 4 1 3 13 14 -1 13
11 Arsenal 9 4 1 4 9 10 -1 13
12 Wolverhampton Wanderers 8 4 1 3 8 9 -1 13
13 Manchester City 8 3 3 2 10 11 -1 12
14 Leeds United 9 3 2 4 14 17 -3 11
15 Newcastle United 9 3 2 4 10 15 -5 11
16 Brighton & Hove Albion 9 2 3 4 13 15 -2 9
17 Fulham 9 1 1 7 9 18 -9 4
18 West Bromwich Albion 9 0 3 6 6 18 -12 3
19 Burnley 7 0 2 5 3 12 -9 2
20 Sheffield United 9 0 1 8 4 15 -11 1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.