İdman

"Atletiko"nun formasını ölənə qədər qoruyacağam ” - Suares

7 Noyabr 2020 14:06
Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atletiko"nun futbolçusu Luis Suares Madrid təmsilçisindəki ilk ayları və sabiq klubu "Barselona" haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, yeni klubunda özünü çox yaxşı hiss etdiyini deyib: "Əvvəlcə bu transferin ailə - məktəb, ev tapmaq məsələsində çətinliklər vəd etdiyi görünürdü. Ancaq klub mənə kömək etdi, həyatımı asanlaşdırdı. Burada özümü rahat hiss edirəm, "Atletiko" haqqında hər şeyi sevirəm.

"Barselona"ya qol vursam, qeyd edəcəyəm? -Xeyr. Klub və komanda yoldaşlarıma  hörmətimə görə bunu etmərəm. Bir çox dostuma qarşı oynamaq xüsusi bir hadisə olacaq. Ancaq oynadığım bütün komandaların formalarını qoruyuram. "Atletiko"nun formasını ölənə qədər qoruyacağam ".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory