İdman

"Qarabağ"ın oyununun hakimləri koronavirusa görə dəyişdirilib

6 Noyabr 2020 19:14
Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda ötən gün keçirilən "Sivasspor" - "Qarabağ" oyununun (2:0) hakimlərinin dəyişdirilməsinin səbəbi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matça təyin olunan portuqaliyalı referi Joau Pineyruda koronavirus aşkarlandığı üçün görüş Sandro Şörerin başçılıq etdiyi isveçrəli hakimlər briqadasına tapşırılıb.

Pineyru ilə yanaşı, yan xətt hakimləri Tyaqu Koşta və Pedru Ribeyru isveçrəlilərlə əvəzləniblər. Yalnız 4-cü hakim Yanku Yoan Vasilitsa dəyişdirilməyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.