İdman

Sulşerin “Mançester Yunayted”də son oyunu

6 Noyabr 2020 18:04
Baxış: 1 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted" həftəsonu baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Premyer Liqanın VIII turunda "Everton"la keçiriləcək görüşün Ole Qunnar Sulşerin bu postda son matçı olması gözlənilir.

"Tottenhem"in sabiq çalışdırıcısı Maurisio Poçettino ilə danışıq aparan klub rəhbərliyi "Everton" üzərində qələbə qazanılmayacağı təqdirdə Sulşeri istefaya göndərmək qərarına gəlib.

Qeyd edək ki, "Everton" - "Mançester Yunayted" oyunu sabah baş tutacaq. "Qırmızı şeytanlar" 6 oyunda topladığı 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.