İdman

"Sivasspor"un prezidenti "Qarabağ"la oyundan danışdı

6 Noyabr 2020 14:08
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəlki matçlarda qollar vursaq da, təəssüf ki,  qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, yerli mətbuta açıqlamasında Çempionlar Liqasının 3-cü turunda "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edən "Başakşəhər" klubunu təbrik edib: "Onların qələbəsi bizə motivasiya verdi. İnşallah, "Qarabağ"la növbəti oyunda da 3 xal qazanarıq. Ən əsas "Makkabi" ilə səfərdəki oyunumuzdur. Çünki burada onlara layiq olmadığımız şəkildə məğlub olmuşuq. Həmin görüşdə də qalib gələrək qrupdan çıxmağı hədəfləyirik".

Qeyd edək ki, qrup mərhələsinin 4-cü turunda "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.