İdman

“28 il sonra doğulduğum torpaqlara qayıdıram”

5 Noyabr 2020 19:04
Baxış: 1 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Qara Qarayev "TRT Spor"a açıqlama verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, açıqlamasında cəbhədə gedən döyüşlərdən də danışıb:

"Mən 1992-ci ildə Füzulidə anadan olmuşam. 28 il öz torpağıma, doğulduğum kəndə gedə bilməmişəm. Bu gün Azərbaycan Ordusu bu sevinci, qüruru bizə yaşadır. Uzun illərdir, torpağaqlarımız işğal altında idi. Bu, o demək deyil ki, Azərbaycan milləti, ordusu, dövləti qorxaqdır və ya nədənsə çəkinir. Biz münaqişənin sülh yolu ilə həllini gözləyirdik, amma mövcud durum buna gətirib çıxartdı ki, torpaqlarımızı müharibə ilə geri qaytaraq. İlk olaraq ordumuza təşəkkür edirəm. Daha sonra millətimizə, prezidentimizə, haqq yolunda bizi dəstəkləyən türkiyəli qardaşlarımıza və digər dövlətlərə öz minnətdarlığımı bildirirəm. Biz işğalçı deyilik, öz vətənimizdə müharibə aparırıq. Mən 28 il sonra doğulduğum torpaqlara qayıdıram".

Bu gün "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı saat 21:55-də start götürəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.