İdman

Kek yığmamızla keçirəcəkləri matçdan danışdı

2 Noyabr 2020 20:24
Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq oyunundan danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Sloveniya Futbol Federasiyasının saytına açıqlamasında  millimizlə matçın vacib olduğunu deyib:

"Qarşıda 3 oyunumuz oluğuna görə geniş heyətə ehtiyacımız var.Hazırkı vəziyyətimizi yaxşılaşdırmalıyıq. Noyabrda keçirəcəyimiz  matçlar bizim üçün yaxşı fürsətdir. Azərbaycana qarşı yoldaşlıq görüşü irəliyə addım baxımından vacibdir. Bu, keyfiyyətli oyunu təmin etmək üçün çox vacibdir. Sürətli hücumlar zamanı hər şey qaydasında olur. Tempi aşağı saldıqda isə problem baş verir".

Qeyd edək ki, Sloveniya - Azərbaycan oyunu 11 noyabrda keçiriləcək. Matç Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.