İdman

Qazanc və itki - Millimizi nə gözləyir?

2 Noyabr 2020 12:56
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının FİFA reytinqindəki noyabr perspektivi bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu ay keçirəcək üç matçın yığmamızın necə təsir edə biləcəyi müəyyənləşib.

Noyabrın 11-də Lyublyanada Sloveniya ilə yoldaşlıq oyunu keçirəcək Canni de Byazinin yetirmələri ardınca Millətlər Liqasında iki matça çıxacaq. Komandamız ayın 14-də Zapreşiçdə Monteneqronu qəbul edəcək, üç gün sonra Lüksemburqda qonaq olacaq.

Hər üç komanda FİFA reytinqində Azərbaycanla müqayisədə daha yüksək pillədədir. Bu üzdən də bütün qarşılaşmalarda heç-heçə də millimizə reytinq xalı gətirəcək.

Yalnız məğlubiyyətlər yığmamıza mənfi təsir göstərəcək. Hazırda 1175 xalla 114-cü yerdə qərarlaşan millimiz hər üç görüşdə qalib gəlsə, ümumilikdə 25,5 xal qazanacaq. Bu, reytinqin 1201-dək yüksəlməsi üçün yetərli olacaq.

Üç məğlubiyyət isə 14,5 xal itkisi ilə nəticələnəcək. Belə olan halda əmsalımız təxminən 1161-ə enəcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.