İdman

Lukaku "Real"la oyunu buraxacaq

2 Noyabr 2020 12:23
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Real"ın qonağı olacaq "İnter" görüşə ciddi itki ilə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Romelo Lukaku zədə səbəbindən bu oyunu buraxacaq.

Bud əzələsindən zədələnən belçikalı hücumçunun şənbə günü A Seriyasında "Parma" ilə matçda da bu səbəbdən oynamadığı bildirilib.

Bazar günü səhər məşqində iştirak edən digər hücumçu Aleks Sançesin isə Madrid klubuna qarşı oynaya biləcəyi qeyd olunub.

Koronavirusdan sağalan müdafiəçisi Milan Şkrinyarın da oyuna hazır olduğu vurğulanıb.

Qeyd edək ki, "Real" - "İnter" matçı noyabrın 4-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.