İdman

Setyen 2:8-dən danışdı

1 Noyabr 2020 13:52
Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesabı ilə uduzduqları oyunu xatırladıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis istefaya göndərildikdən sonra işdən çıxarılması haqqında  həmin məğlubiyətdən əvvəl qərar verilməsini öyrəndiyini deyib:

"Belə uduzmağa görə çox əziyyət çəkmişdik. Bu məğlubiyyətlə "Barselona"nın tarixinə düşdük. İstefamdan sonra işdən çıxarılmağımla bağlı qərarın 2:8 hesabı ilə uduzmazdan əvvəl verildiyini öyrəndim".

Qeyd edək ki, Setyen hazırda işsizdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.