İdman

“Mançester Siti”nin sabiq futbolçusu intihar etdi - 17 yaşında

26 Oktyabr 2020 18:24
Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin sabiq futbolçusu Jeremi Uisten vəfat edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barəfə klubun "Tvitter" səhifəsi məlumat yayıb.

Paylaşımda yazılıb: "Ailəmiz keçmiş akademiya oyunçusu Jeremi Uistenin ölüm xəbərindən məyus oldu. Onun dostlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk. Bu çətin anda düşüncələrimiz sizinlədir".
 
Britaniya mətbuatında Uistenin depressiya səbəbindən intihar etdiyi bildirilib.
 
Qeyd edək ki, Uisten 2016-cı ildə "şəhərlilər"in U-13 komandasında çıxış edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.