İdman

"Mançester Siti" Qvardiolanın əvəzləyicisini tapdı

26 Oktyabr 2020 12:56
Baxış: 1 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 49 yaşlı mütəxəssisin komandada qalmasını istəyir. Klub onunla 2021-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaqda istəklidir. Ancaq Qvardiola gələcəyi ilə hələ qərarını verməyib.

Bildirilib ki, baş məşqçi klubdan ayrılacağı təqdirdə, "Mançester Siti" onu əvəzləyəcək şəxsi müəyyənləşdirib. Mançester klubu "Leyptsiq"in 33 yaşlı çalışdrıcısı Yulian Naqelsmannı Qvardiolanın əvəzləyicisi hesab edir. Namizədlərdən birinin  də Maurisio Poçettino olduğu vurğulanıb.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.