İdman

Riçard Almeyda Azərbaycana qayıdır - Yeni klubu...

24 Oktyabr 2020 13:36
Baxış: 1 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın sabiq futbolçusu və Azərbaycan milisinin üzvü Riçard Almeyda "Zirə"yə keçir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarmmüdafiəçi çıxış etdiyi Birləşmiş Ərəb Əmirlikləri klubu "Baniyas"la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. "Zirə" ilə mövsümün sonunadək razılaşan braziliyalı oyunçu bu gün Bakıya gəlir.

R.Almeyda Azərbaycanda 2011-2018-ci və 2019/2020-ci illərdə "Qarabağ"da oynayıb. O, 2017-ci ildən milli komandamızın üzvüdür.

Qeyd edək ki, bu barədə ilk xəbəri sportinfo.az saytı yayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.