İdman

Milli Stadion koronavirusa görə xəstəxanaya çevrildi

20 Oktyabr 2020 19:44
Baxış: 1 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa Milli Stadionu koronavirus infeksiyasından əziyyət çəkən xəstələrə xidmət edəcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 60 min tamaşaçı tutumuna malik olan arena hökumətin sərəncamına verilib.

Buna səbəb koronavirus xəstələrinin sayının çox olması və xəstəxanalarda boş yerlərin qalmamasıdır. Varşavadakı stadionun tribunalarının arxasında tibbi xidmət göstərmək üçün konfrans zalları var. Arenaya həftəsonundan etibarən xəstələrin qəbulu üçün artıq 500 çarpayı yerləşdirilib.

Hökumət rəsmiləri kifayət etməyəcəyi təqdirdə, Polşanın 16 inzibati bölgəsinin hər birində səhra xəstəxanaları yaradılmağın mümkünlüyünü vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.