İdman

“Acımız, davamız, sevdamız birdir” - Türkiyə klublarından dəstək mesajına davam

29 Sentyabr 2020 12:23
Baxış: 2 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı davam edir. 

Milli.Az apasport.az-a istinadla bildirir ki, daha bir neçə klub sosial şəbəkə səhifələri vasitəsilə bununla bağlı paylaşım edib.

"Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor"un ardından hazırda Super Liqanın liderlərindən olan "Fatih Karagümrük", həmçinin "Göztəpə", "Yeni Malatyaspor", "Ankaragücü", "Ərzurum BB", "Konyaspor", "Rizəspor" və "Bursaspor" da Azərbaycan ordusuna dəstək nümayiş etdirib.

Azərbaycan və Türkiyə bayraqlarının şəkillərinin paylaşıldığı mesajlarda "Qardaşımızın yanındayıq", "Bir millət, iki dövlət", "Can Azərbaycan", "Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik", "Acımız, davamız, sevdamız birdir bizim", - kimi fikirlərə yer verilib.

Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.