İdman

"20 yaşım olsaydı..." - İbrahimoviç

22 Sentyabr 2020 20:39
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının 1-ci turunda dubl etdiyi "Bolonya" ilə oyunu (2:0) şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu yaxşı formada olduğunu deyib: "Qələbə qazandıq və daha çox fərqlənə bilərdim. 20 yaşım olsaydı, daha 2 qol vurardım.  Yaşlı deyiləm, Bencamin Battona bənzəyirəm. Qoca doğulub, cavan ölürəm. Zaman keçdikcə gəncləşirəm. Komanda yaxşı bir iş gördü. Yüz faiz 100 hazır deyildik və bu səbəbdən bəzi səhvlərə yol verdik. Amma başlanğıc həqiqətən yaxşıdır".

O, məqsədlərinin ötən mövsümlə müqayisədə daha çox uğur qazanmaq olduğunu deyib: "Gənc oyunçular çox çalışırlar, uğur qazanmaq üçün nə etməli olduqlarını bilirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.