İdman

Agenti Beylin "Tottenhem"ə keçəcəyini təsdiqlədi

18 Sentyabr 2020 20:37
Baxış: 486

"Real"ın yarımmüdafiəçisi Qaret Beylin "Tottenhem"ə keçəcəyi dəqiqləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun agenti Jonatan Barnett məlumat verib.

O, uelsli oyunçunun London klubu ilə razılığa gəldiyini bildirib. Beyl qarşıdakı bir ili icarə əsasında "Tottenhem"də keçirəcək. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Beyl 20013-cü ildə məhz "Tottenhem"dən "Real"a keçib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.