İdman

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi başlayır

15 Sentyabr 2020 11:39
Baxış: 1 127

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.

İlk olaraq Ukraynanın "Dinamo"su Niderland "AZ Alkmaar"ını qəbul edəcək. Daha sonra Yunanıstan PAOK-u doğma meydanda Portuqaliya  "Benfika"sı ilə qarşılaşacaq. Günün son oyununda isə Avstriya "Rapid"i Belçika" "Gent"inin qonağı olacaq.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" da sabah Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq.

15 sentyabr

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "AZ Alkmaar" (Niderland)

22:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)

22:30. "Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya)

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.