İdman

Messinin cəzası ləğv edildi

12 Sentyabr 2020 12:18
Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Lionel Messinin Argentina millisindəki cəzasını ləğv edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ötən il Amerika Kubokunun 3-cü yer uğrunda Argentina və Çili arasında keçirilən oyununda (2:1) rəqibin futbolçusu Hari Medellə mübahisə etdiyinə görə qırmızı vərəqə alıb. Argentina Futbol Federasiyasının prezidenti Kladui Tapia isə Messinin cəzasının ləğv edilməsi üçün CONMEBOL-a müraciət ünvanlayıb. Təşkilatın prezidenti Aleyandro Dominqo öz nöbbəsində futbolçunun diskvalifikasiya müddəti başa çatdığını və onun növbəti matçlarda iştirak edə biləcəyini bildirib.

Qeyd edək ki, L.Messi bu cəzaya görə Almaniya, Çili və Meksika yığmaları ilə yoldaşlıq görüşlərini buraxmışdı.  Lakin o, 8 oktyabr Ekvador, 13 oktyabr isə Boliviya ilə matçda iştirak edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.