"Milan"ın futbolçusu Lukas Paketa klubunu dəyişə bilər.
Milli.Az goal.az-a-a istinadən xəbər verir ki, braziliyalı futbolçuyla Lyon yaxından maraqlanır. Fransa təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün yaxın günlərdə Milan-la danışıqlara başlayacaq. Futbolçu ilə Fiorentina-nın da maraqlandığı deyilir.
Qeyd edək ki, Paketa son mövsüm ərzində 23 oyunda iştirak edib.
Milli.Az