İdman

"Azərbaycan millisi bizdən yaxşı oynadı" - Fransa yığmasının baş məşqçisi

8 Sentyabr 2020 08:48
Baxış: 1 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çətin oyun oldu. Xüsusən ilk yarıda oyuna nəzarət edə bildik. Hesabı açmaq üçün fasiləyədək çoxlu şansımız oldu. İkinci hissə isə bizim üçün çətin keçdi. Bu da Azərbaycan yığmasının səylərini artırması ilə əlaqədar idi".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçisi Silven Ripoll Avropa çempionatının seçmə mərhələsində Sumqayıtda yığmamıza qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, millimizin onun komandasından daha yaxşı oynadığını bildirib: "Fasilədən sonra texniki cəhətdən zəif oynadıq. Xüsusən, topun saxlanılması sarıdan çatışmazlığımız oldu. Bu gün Azərbaycan yığmasının oyununu bəyəndim. Rəqib daha yaxşı çıxış etdi. Bizim isə ikinci hissədə problemlərimiz oldu. Açığı, Azərbaycan millisinin güclü olacağını gözləyirdim. Amma İsveçrə yığması ilə də müqayisədə daha güclü oyun sərgilədilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.