İdman

"Lion"un futbolçusu millimizlə oyunu buraxacaq

7 Sentyabr 2020 12:45
Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycan millisinin qonağı olacaq 21 yaşadək futbolçulardan ibarət Fransa millisi daha bir itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Ceff Rene-Adelayde yığmamızla görüşü buraxacaq.

Gürcüstanla oyunun (2:0) 26-cı dəqiqəsində sağ ayaq əzələsindən xəsarət alan  "Lion"un üzvü Azərbaycana yollanan heyətdə yer alsa da, meydana çıxmayacaq.

Qeyd edək ki, bun qədər Fransa millisinin digər yarımmüdafiəçisi İmran Louza da səhhətindəki problemə görə heyətdən çıxarılmışdı.

Bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa görüşü saat 21:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.