İdman

Qriqorçukun yeni iş yeri müəyyənləşdi - Rəsmi

6 Sentyabr 2020 10:22
Baxış: 1 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Belarusun "Şaxtyor" (Soliqorsk) klubunu çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. 

Qriqorçukun məşqçilər korpusunda Andrey Qluşenko (qapıçılar üzrə məşqçi), Anatoli Korotya (məşqçi-analitik) və Mixail Savkanın (məşqçi) yer alacağı bildirilib.
 
Qeyd edək ki, Qriqorçukun son iş yeri Qazaxıstan "Astana"sı olub. O, 2015-2018-ci illər aralığında "Qəbələ"ni çalışdırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.