İdman

Kurtua koronavirusa yoluxdu

3 Sentyabr 2020 09:55
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Belçika yığmasının və Madrid "Real"ının qapıçısı Tibo Kurtuada koronavirus aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.

Hazırda UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar ölkəsinin yığma komandasının düşərgəsində olan futbolçunun koronavirus testi müsbət nəticə verib. Buna görə də 28 yaşlı qapıçı karantinə alınıb. Ondan təkrar analizlərin götürüləcəyi bildirilir.

Qeyd edək ki, koronavirus aşkarlanmasına baxmayaraq, Tibo millinin heyətindən kənarlaşdırılmayıb. Məşqçilər korpusu Kurtuadan götürülmüş qan analizinin nəticələrini gözləyir. Buna əsasən, təcrübəli qolkiperlə bağlı qərar veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.