İdman

Rakitiç "Sevilya"ya qayıdır

1 Sentyabr 2020 10:30
Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın futbolçusu İvan Rakitiç sabiq klubu "Sevilya"ya qayıtmağa yaxındır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı  yarımmüdafiəçi yaxın günlərdə tibbi müayinədən keçəcək. Xorvatiyalı oyunçunun 2 illik müqavilə imzalayacağı gözlənilir.
 
Xəbərdə o da qeyd olunub ki, Kataloniya klubunun Rakitiçlə 2021-ci ilin yayınadək müqaviləsi olduğu üçün "Sevilya" qarşı tərəfə təzminat ödəməli olacaq.

Qeyd edək ki, İ.Rakitiç və Lionel Messi komandanın yeni mövsüm öncəsi ilk məşqində iştirak etməyiblər.

Xatırladaq ki, Rakitiç 2014-cü ildən "Barselona"da oynayır. O, 2011/14-cü illərdə "Sevilya"da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.