İdman

"Tottenham"in üzvü koronavirusa yoluxub

28 Avqust 2020 17:12
Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenham"in futbolçusu Tayqi Ndombele koronavirusa yoluxub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunçunun testi müsbət cavab verib.

Məlumata görə, 23 yaşlı oyunçu dərhal iki həftəlik karantinə alınıb. Futbolçu bu səbəbdən Fransa millisinin sentyabrın 5-də İsveç və 8-də Xorvatiya yığması ilə oyunlarına çağırılmayıb.

Ndombele ötən mövsüm London klubunun heyətində 29 oyun keçirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.