"Tottenham"in futbolçusu Tayqi Ndombele koronavirusa yoluxub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunçunun testi müsbət cavab verib.
Məlumata görə, 23 yaşlı oyunçu dərhal iki həftəlik karantinə alınıb. Futbolçu bu səbəbdən Fransa millisinin sentyabrın 5-də İsveç və 8-də Xorvatiya yığması ilə oyunlarına çağırılmayıb.
Ndombele ötən mövsüm London klubunun heyətində 29 oyun keçirib.
Milli.Az