İdman

Poqbada koronavirus aşkarlandı

27 Avqust 2020 18:15
Baxış: 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in futbolçusu Pol Poqba koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə  "Get French Football News"un "Tvitter" səhifəsi məlumat yayıb. Fransa millisinin yarımmüdafiəçisinin koronavirus səbəbindən Millətlər Liqasında sentyabrda keçiriləcək matçları buraxacağı bildirilib. Onu "Renn"in 17 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinja əvəzləyəcək.

Qeyd edək ki, Fransa millisi sentyabrın 5-i İsveç, 3 gün sonra isə Xorvatiya ilə qarşılaşacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.