İdman

Messi Kumanın bu sözlərindən sonra ayrılmağa qərar verib

26 Avqust 2020 09:43
Baxış: 5 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi yeni baş məşqçi Ronald Kumanla söhbətdən sonra klubdan ayrılmaq qərarına gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Argentinanın "Ole" və İspaniyanın "AS" nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu niderlandlı mütəxəssislə danışdıqdan sonra gələcəyi ilə barədə qəti qərar verib.

Söhbət zamanı Kuman Messiyə deyib: "Komandadakı imtiyazlar bitdi, "Barselona" üçün hər şeyi etməlisən. Mən qətiyyətli olacağam, komanda haqqında düşünməlisən".

33 yaşlı hücumçu yeni baş məşqçinin bu sözlərinə əsəbiləşib. Bundan sonra o, klubdan ayrılmağa qərar verib.

Messinin kluba bununla bağlı faks göndərdiyi və hər mövsümün sonunda müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququndan istifadə etmək istədiyini vurğulayıb.

Qeyd edək ki, baş verənlərə görə təcili iclas çağıran "Barselona"nın oyunçunu klubda saxlamağa çalışdığı bildirilir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.