İdman

Useyn Bolt koronavirusa yoluxub

25 Avqust 2020 11:31
Baxış: 1 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçmiş yüngül atlet, qaçış üzrə dünya rekordçusu Useyn Bolt koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Yamaykanın Səhiyyə Nazirliyi açıqlama verib.

Qeyd olunur ki, yamaykalı ulduzun koronavirus testi müsbət nəticələnib. Nəticə məlum olduqdan sonra U.Bolt özünütəcrid rejiminə keçdiyini bildirib.

U.Boltun bir neçə gün əvvəl 34-cü doğum gününü qeyd etdiyi təmtəraqlı məclisdən sonra yoluxduğu deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.