İdman

"Barselona" Messini ancaq bu qiymətə sata bilər

25 Avqust 2020 12:13
Baxış: 1 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" futbolçusu Lionel Messinin qiymətini müəyyənləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı hücumçunu təzminat qiyməti olan 700 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır. Bildirilir ki, hər hansı klub bu məbləği ödəyəcəyi təqdirdə, La Liqa təmsilçisi Messi ilə yolları ayıra bilər.

Klub 33 yaşlı futbolçunun komandanı hələ də əsas oyunçusu hesab etdiyi üçün ona yüksək qiymət qoyub. "Barselona"nın prezidenti Xosep Bartomeunun Messinin satılmayacağından əmin olduğu vurğulanıb. Kataloniya klubu rəhbərinin eyni zamanda reklam müqavilələrinə görə argentinalı oyunçunun satılmasına qarşıdır. Çünki o, klubdan ayrılacağı təqdirdə, reklam müqavilələri də azala bilər.

Qeyd edək ki, Messi 2019/2020 mövsümündə 44 matçda 31 qol vurub, 26 qolun ötürməsini verib.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı məğlubiyyətdən sonra Messinin "Barselona"dan ayrılmaq istədiyi xəbərləri yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.