İdman

İspaniya nəhənglərinin hədəfində - “Napoli”nin yarımmüdafiəçisi

25 Avqust 2020 08:33
Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Napoli" klubunun futbolçusu Fabian Ruis İspaniya nəhəngləri "Real" və "Barselona"nın maraq dairəsindədir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu yarımmüdafiəçinin agenti Migel Alfaro açıqlayıb.

O bildirib ki, La Liqanın iki ən güclü klubu Ruisi gələn yay heyətinə qatmağı planlaşdırır: "Barselona" və "Real" Fabianın xidmətində maraqlıdır. Bu klublar onu 2021-ci ildə heyətinə qatmağa çalışacaq. Biz qərar verməkdə tələsmirik. Ruisin indiki klubu qarşısında öhdəlikləri var".

Qeyd edək ki, 24 yaşlı ispaniyalının Neapol təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, A seriyasının son mövsümündə keçirdiyi 33 matçda 3 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.