İdman

Avrokubokda koronavirus səbəbindən daha bir oyun təxirə salınıb

20 Avqust 2020 22:49
Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avrokubokların yeni mövsümündə daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu gün keçirilməli olan "Tre Penne" (San-Marino) - "Qjilani" (Kosovo) görüşü baş tutmayacaq.

Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması UEFA-nı bu qərara vadar edib. Hazırda San-Marinoda olan komanda otellərin birində karantinə alınıb. Adı açıqlanmayan futbolçunun virusa yoluxduğu isə San-Marinoda müəyyənləşib.

Beləliklə, Kosovonun avrokuboklardakı 3-cü komandasında da koronavirus aşkarlandığından, oyun keçirilməyib. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin "Linfild" (Şimali İrlandiya) - "Drita" (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib. Avropa Liqasının ilk mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Priştina" (Kosovo) görüşü isə avqustun 22-nə keçirilib və Kosovo təmsilçisinin yalnız B komandasının meydana çıxmasına icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.