İdman

"Lion" türk futbolçu aldı - Rəsmi

19 Avqust 2020 11:56
Baxış: 1 366
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanan "Lion" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Fransa təmsilçisi Türkiyənin 1-ci liqasında mübarizə aparan "Altay"ın oyunçusu Cenk Özkacarı transfer edib. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Liqa 1 klubu türkiyəli futbolçuya görə "Altay"a 1 milyon 500 min avro ödəyib. Bundan əlavə, müqavilənin şərtlərinə görə, C.Özkacar hər hansı bir kluba keçəcəyi təqdirdə transfer haqqının 1/10-i "Altay"ın payına düşəcək.

Qeyd edək ki, C.Özkacar 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin də üzvüdür.

Xatırladaq ki, "Lion" bu gün Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.