İdman

"Beşiktaş"dan növbəti transfer

19 Avqust 2020 07:00
Baxış: 1 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kayserispor"un yarımmüdafiəçisi Bernard Mensahı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb.

Türkiyə mətbuatı isə "Beşiktaş"ın qanalı oyunçunu satınalma şərti ilə bir illik icarəyə götürdüyünü yazıb. İstanbul təmsilçisi onu birdəfəlik transfer etmək üçün 4.5 milyon avro ödəməlidir.

Mensah geridə qalan mövsümdə "Kayserispor"da 25 Super Liqa matçına çıxıb, 5 qol, 8 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.