İdman

"Barselona"nın futbolçusu Premyer Liqaya keçə bilər

10 Avqust 2020 16:46
Baxış: 1 280
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Barselona"nın yarımmüdafiəçisi Rafinya Alkantara karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın iki klubu 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.

"Everton" və "Wolverhampton" Rafinyanı heyətinə qatmaq niyyətindədir. Braziliyalı futbolçunun "Selta"nın da maraq dairəsində olduğu bildirilir.

Kataloniya klubu da Rafinyanın satışına müsbət yanaşır. "Barcelona"nın Rafinyanın təzminat məbləğini 16 milyon avro olaraq müəyyənləşdirdiyi deyilir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.