İdman

Norveç millisinin ulduzu "Qalatasaray"da

9 Avqust 2020 18:18
Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" Norveç millisinin üzvü Omar Elabdellaouini heyətinə qatır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə sağ cinah müdafiəçisi özü açıqlama verib.

28 yaşlı futbolçu bildirib ki, "Olympiacos"dan "Qalatasaray"la anlaşdığı üçün ayrılıb: ""Olympiacos"dan ayrılmaq çətin idi.

Məni komandada saxlamağa çalışdılar. Onlara təşəkkür edirəm. Amma "Qalatasaray"dan imtina edə bilməyəcəyim təklif aldım və getmək qərarına gəldim".

Omarın tezliklə İstanbula gələrək rəsmi müqavilə imzalayacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.