İdman

Azərbaycan koronavirus səbəbindən avrokuboklardan imtina edib

6 Avqust 2020 15:40
Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan voleybol üzrə avrokubokların 2020/21 mövsümündə təmsil olunmayacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna koronavirus pandemiyası səbəb olub.

Ölkəmizi qitə miqyasında təmsil etməli olan yeganə klub - qadınlardan ibarət "Azərreyl" avrokuboklarda oynamayacaq. Çelenc kubokunda çıxış etməli olan Bakı klubu koronavirusla bağlı məhdudiyyətlər üzündən turnirə qatılmamağı məqsədəuyğun sayıb.

Paytaxt təmsilçisi artıq bu barədə Avropa Voleybol Konfederasiyasına (CEV) da məlumat verib. Nəticədə ötən il olduğu kimi, yenə də beynəlxalq oyunlardan kənar qalacağıq. 

Qeyd edək ki, avrokubokların püşkatması avqustun 21-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.