İdman

Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın

5 Avqust 2020 16:38
Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox istərdik ki, bu idman komplekslərindəki tibb müəssisələrindən istifadə edilməsin, komplekslər yenidən idman fəaliyyətinə qayıtsın.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Abşeron Olimpiya İdman Kompleksində koronaviruslu xəstələr üçün yaradılan tibb müəssisələrinin açılışında çıxış edən Gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, payız aylarına hazırlıq məqsədilə ehtiyat tibb müəssisələrinin yaradılması vacibdir:

"Payız aylarında yoluxma sayı arta bilər. Ona görə də bizim ehtiyat yerlərimiz olmalıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, çalışırq ki, əhalinin heç nəyə ehtiyacı olmasın, ən az itki ilə bu bəladan qurtaraq".

Qeyd edək ki, Hövsan və Abşeron Olimpiya İdman komplekslərinin təyinatı müvəqqəti olaraq dəyişdirilib.

Hər iki kompleksdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tibb müəssisələri yaradılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.