İdman

"Onu almağa pulumuz yoxdur" - "Bavariya"nın prezidenti

4 Avqust 2020 18:33
Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın prezidenti Uli Heness "Bayer"in futbolçusu  Kay Havertzi transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 21 yaşlı yarımmüdafiəçini almaq üçün pullarının olmadığını deyib: "Sanenin transferi üçün çox pul xərclədik.  Bu, əla transfer idi. Daha yüksək məbləğli transferlər olmayacaq. Koronavirus səbəbindən mövcüd durum göz önündədir. Havertzi almaq üçün pulu haradan tapacağımızı düşünə belə bilmirəm".

Qeyd edək ki, Havertz 2019/2020 mövsümündə 43 matçda 17 qol vurub, 9 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.