İdman

FİFA-nın prezidenti istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq

3 Avqust 2020 14:14
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə FİFA-nın bəyanatında bildirilib. Qeyd edilib ki, C.İnfantinonun öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur və prezident özünün qurumdakı vəzifələrini yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, C.İnfantino 2016-cı ilin fevralında FİFA-nın prezidenti seçilib. Bu vəzifədə o, qurumdakı çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən Jozef Blatterini əvəz edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.