İdman

"Milan kafedralını almaq, Messini gətirməkdən asandır"

29 İyul 2020 23:50
Baxış: 2 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"in baş məşqçisi Antonio Konte "Barselona"nın forvardı Lionel Messinin komandaya transfer ehtimalını şərh edib.

Milli.Az matc.az-a istinadən bildirir ki, italiyalı mütəxəssis jurnalistin "Messi, yoxsa 50 milyon avro dəyərində 4 oyunçu" sualını belə cavablandırıb:

"Düşünürəm ki, hər iki ssenari yersizdir. Oyunçularımın tərəfdarıyam. Əllərindən gələni etdiklərinə zəmanət verə bilərəm. Messiyə gəlincə, Milan kafedralını komandaya gətirmək, onu almaqdan daha asandır".

Qeyd edək ki, Milan kafedralı İtaliyanın ikinci, dünyanın isə ən böyük beşinci kilsəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.