İdman

"Neftçi"dən İran millisinin futbolçusuna təklif

28 İyul 2020 14:29
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran millisinin və "Persepolis"in futbolçusu Əli Əlipur karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Neftçi" 25 yaşlı hücumçunu transfer etmək istəyir. Bildirilib ki, Bakı təmsilçisi  ona bir mövsüm üçün 300 min avro maaş təklif edib.

Ə.Əlipur bundan əvvəl Macarıstan klublarından birindən təklif alıb, ancaq tərəflər razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Əlipur ötən mövsüm 16 matçda 7 qol vurub və 5 qolun ötürməsini verib. O, İran millisi ilə 3 oyuna çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.