İdman

“Sumqayıt” futbolçusu ilə müqaviləni uzadıb

26 İyul 2020 13:40
Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasında mübarizə aparacaq "Sumqayıt"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, müdafiəçi Camaləddin Xocaniyazov karyerasını "gənclik şəhəri" təmsilçisində davam etdirəcək.

Rəhbərliklə danışıqları müsbət nəticələnən rusiyalı oyunçu bu gün ölkəmizə qayıdacaq. Axşam saatlarında Qəbələyə yollanaraq kollektivə qoşulacaq 24 yaşlı müdafiəçi başa çatan müqavilə müddətini daha 1 illik uzadacaq.

Camaləddin Xocaniyazov 2019/20 mövsümündə Premyer Liqada 16 oyunda iştirak edib.

Qeyd edək ki, "Sumqayıt" yay fasiləsində Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov, Murad Xaçayev, Vüqar Mustafayev və Aydın Bayramovla da yeni müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.