İdman

Emre karyerasını bitirdi

26 İyul 2020 11:44
Baxış: 1 163
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə millisinin üzvü Emre Belözoğlu karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Fənərbağça"nın hücumçusu Türkiyə Superliqasının 34-cü turunda "Rizespor"la görüşdə son oyununa çıxıb.

Veteran futbolçu 3:1 hesablı qələbə qazandıqları oyunda penaltini dəqiq yerinə yetirərək son oyununu qolla bitirib. Emre bu qarşılaşmadan sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Türkiyə millisində 101 oyun keçirilən Emre "Qalatasaray", "İnter", "Atletico Madrid" və "Başakşehir"də də çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.