İdman

Ən yaxşı 5 məşqçi bəlli oldu

25 İyul 2020 12:49
Baxış: 1 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən yaxşı 5 məşqçisinin siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Sportskeeda"nın reytinqinə almaniyalı Yurgen Klopp başçılıq edir.

İngiltərə "Liverpul"unun çalışdırıcısı bütün həmkarlarını arxada qoyub. Komandası ilə ötən mövsüm Çempionlar Liqasını, bu il Premyer Liqanı qazanan mütəxəssisin ən yaxın izləyicisi Pep Qvardioladır. İngiltərə "Mançester Siti"sinin çalışdırıcısı karyerası ərzində 29 titula yiyələnib.

İlk "üçlüy"ü İspaniya "Real"ını çalışdıran fransalı Zinəddin Zidan qapayır. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 4-cü, "İnter"in çalışdırıcısı Antonio Konte 5-ci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.