"Lill" klubunun hücumçusu Viktor Osimxen gələn mövsümdən İtaliyada çıxış edəcək.
Milli.Az apasport.az-a istinadən bildirir ki, 21 yaşlı forvard tezliklə "Napoli"nin futbolçusu olacaq.
Klublar nigeriyalı oyunçunun keçidində ortaq məxrəcə gəliblər. Razılığa əsasən, bu transfer "Napoli"yə 50 milyon avroya başa gələcək. "Lill" əlavə 10 milyon avro bonus da əldə edə bilər. Osimxen isə neapollularla 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq və illik məvacibi 3,5 milyon avro olacaq.
Qeyd edək ki, Viktor Osimxen ötən mövsüm Liqa1-də 27 oyunda 13 qol vurub.
Milli.Az