İdman

“Qalatasaray” sonuncu turda da qalib gələ bilməyib

25 İyul 2020 08:13
Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə çempionatının sonuncu - 34-cü turunun birinci qarşılaşmasında "Antalyaspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyunda tərəflər hər biri iki dəfə fərqlənmək imkanı əldə ediblər. Antalya təmsilçisinin qollarını Fredi Kulembe (19) və Qustavo Blanko (92) vurub. İstanbul klubunun heyətində isə Marselo Saraççi (58) və Younis Belhanda (65) fərqləniblər.

Bundan əlavə, turda bu gün "Konyaspor" - "Alanyaspor", "Dənizlispor" - "Ankaragücü", "Fənərbağça" - "Rizəspor", "Gənclərbirliyi" - "Beşiktaş", "Göztəpə" - "Sivasspor", "Kayserispor" - "Trabzonspor", "Yeni Malatyaspor" - "Qaziantep" komandaları qarşılaşacaq. XXXIV tura iyulun 26-da "Kasımpaşa" - "Başakşəhər" görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 69 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 60 xalla üçüncü, "Beşiktaş" klubu isə 59 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (56 xal), "Alanyaspor" (54 xal), "Fənərbağça" (45 xal) və digər komandalar gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.